0
Thursday 15 April 2021 - 23:22

Bağdad və Neynəvadakı terror əməliyyatlarında Mossad izi!

Story Code : 927445
Bağdad və Neynəvadakı terror əməliyyatlarında Mossad izi!
İraqdakı "Əsaib Əhl Al-Haqq" hərəkatının üzvü, Bağdadın Əl-Həbibiyyə bölgəsindəki terror hadisələri və Neynəva vilayətində yerləşən Həşd əl-Şəbi Briqadasına aid bir nəzarət məntəqəsinin hədəf alınmasının Erbildəki Mossad kəşfiyyat mərkəzinin dağıdılmasına cavab əməliyyatı olduğunu bildirib.

Mawazin News-un verdiyi məlumata görə, İraq parlamentinin üzvü Həsən Salim əlavə edib: "Bu iki terror hücumu Erbildəki Mossad qərargahının hədəf dağıdılmasından bir gün sonra baş verdi və bu iki hadisədə İsrail və separatçı qüvvələrin izləri açıq şəkildə görünür!"