0
Saturday 17 April 2021 - 02:35

Nigeriyada Şeyx Zəkzəkinin azadlıq tələbi ilə aksiyalar davam edir

Story Code : 927615
Nigeriyada Şeyx Zəkzəkinin azadlıq tələbi ilə aksiyalar davam edir
Aprelin 16-sı paytaxt Abucanın Qarki rayonundakı Cümə məscində qılınan cümə namazından sonra küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər. /Deyerler/