QR CodeQR Code

Nigeriyada Şeyx Zəkzəkinin azadlıq tələbi ilə aksiyalar davam edir

17 Apr 2021 02:35

İslamTimes: Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə etiraz aksiyalarını davam etdirir.


Aprelin 16-sı paytaxt Abucanın Qarki rayonundakı Cümə məscində qılınan cümə namazından sonra küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər. /Deyerler/


Story Code: 927615

News Link :
https://www.islamtimes.org/az/news/927615/nigeriyada-şeyx-zəkzəkinin-azadlıq-tələbi-ilə-aksiyalar-davam-edir

Islam Times
  https://www.islamtimes.org