QR CodeQR Code

Türkiyədən işğalçı İsrailə etiraz: Heç bir tədbir görmürsən!

17 Apr 2021 03:00

İslamTimes: İsrailin Fələstin xalqına qarşı təzyiqinin Ramazan ayında da artması narahatvericidir.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

"Ramazan ayında xalqın ibadət azadlığını Əqsa məscidinə tətbiq edilən məhdudiyyətlərlə əngəlləyən İsrail hökuməti qanunsuz yaşayış məntəqələrini də genişləndirməyə davam edir. Eyni zamanda, israillilərin radikal hərəkətlərinə qarşı heç bir tədbir görmür və mahiyyətcə Fələstin xalqına qarşı hücumlara təşviq edir", - XİN-dən verilən açıqlamada bəyan edilib.

XİN ötən gecə İsrailin hərbi təyyarələri tərəfindən Qəzzaya edilən hava hücumlarını qınayıb.


Story Code: 927616

News Link :
https://www.islamtimes.org/az/news/927616/türkiyədən-işğalçı-israilə-etiraz-heç-bir-tədbir-görmürsən

Islam Times
  https://www.islamtimes.org