0
Saturday 17 April 2021 - 03:00

Türkiyədən işğalçı İsrailə etiraz: Heç bir tədbir görmürsən!

Story Code : 927616
Türkiyədən işğalçı İsrailə etiraz: Heç bir tədbir görmürsən!
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

"Ramazan ayında xalqın ibadət azadlığını Əqsa məscidinə tətbiq edilən məhdudiyyətlərlə əngəlləyən İsrail hökuməti qanunsuz yaşayış məntəqələrini də genişləndirməyə davam edir. Eyni zamanda, israillilərin radikal hərəkətlərinə qarşı heç bir tədbir görmür və mahiyyətcə Fələstin xalqına qarşı hücumlara təşviq edir", - XİN-dən verilən açıqlamada bəyan edilib.

XİN ötən gecə İsrailin hərbi təyyarələri tərəfindən Qəzzaya edilən hava hücumlarını qınayıb.