0
Saturday 17 April 2021 - 11:32

Boko Haram bu ölkəyə hücum etdi: 18 ölü, 21 yaralı

Story Code : 927681
Boko Haram bu ölkəyə hücum etdi: 18 ölü, 21 yaralı
Axar.az xəbər verir ki, bu barədə Borno ştatının qubernatoru Babaqanan Umar Zulum məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 18 nəfər ölüb, 21 nəfər yaralanıb. Əməliyyatlarda xeyli terrorçu zərərsizləşdirilib.

Nigeriya ordusunun sözçüsü Məhəmməd Yerimanın sözlərinə görə, Borno əyalətinin Mobbar rayonunda Boko Harama qarşı havadan və qurudan əməliyyat keçirilib.

O, əməliyyatlar zamanı bir çox Boko Haram üzvünün öldüyünü və terrorçuların sığınacaqlarının məhv edildiyini bildirib.