0
Saturday 17 April 2021 - 14:09

İran sanksiyaların 3 qrupa ayrılmasını qəbul etmir!

Story Code : 927733
İran sanksiyaların 3 qrupa ayrılmasını qəbul etmir!
Vyana danışıqlarında iştirak edən mənbə bildirib ki, İranın sanksiyaların 3 qrupa bölünməsini heç vəchlə  qəbul etmir və ABŞ bütün sanksiyaları bir mərhələdə ləğv etməlidir.

Bəzi Qərb media vasitələri dünən yayımladıqları xəbərlərdə bildiriblər ki, ABŞ bütün sanksiyaları ləğv etmək niyyətində deyil. Bu xəbərə görə, ABŞ-ın ləğv etməsini nəzərdə tutduğu sanksiyalar belə Tehranın əlavə güzəştlərə getməsindən sonra baş tutacaq.

Vyana danışıqlarında iştirak edən etibarlı mənbə bu gün Press TV-yə verdiyi müsahibədə İran tərəfinin sanksiyaların üç kateqoriyaya bölünməsini qəbul etmədiyini bildirib. İran 2015-ci il razılaşmasındana sonra tətbiq edilən bütün sanksiyaların aradan qaldırılacağı təqdirdə öhdəliklərinə geri dönəcək.