0
Saturday 17 April 2021 - 17:05

4500-dən çox fələstinli Sionist həbsxanalarında saxlanılır

Story Code : 927740
4500-dən çox fələstinli Sionist həbsxanalarında saxlanılır
Həmas hərəkatı bugünki bəyanatında əsirlərlə bağlı problemin prioritet olduğunu bildirib. İslami Cihad hərəkatı da İsrail zindanlarındakı fələstinli məhbusların azad edilməsini dini və milli vəzifə hesab etdiyini vurğulayıb.

Fələstinin "Wafa" xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Milli Şurası 1974-cü ildə işğalçı Sionist rejimin həbsxanalarındakı Fələstinli kişi və qadın məhbusların apardığı mübarizələrə dəstək və onlara azadlıq tələbi ilə 17 Aprel tarixini "Əsirlərə Sədaqət Günü" elan edib.