0
Sunday 18 April 2021 - 00:15

Makron Putinlə danışıqlar aparmaq istəyir

Story Code : 927829
Makron Putinlə danışıqlar aparmaq istəyir
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, Yelisey sarayının Fransa liderinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə dair yaydığı məlumatda belə deyilir.

"Fransa Respublikasının Prezidenti yaxın vaxtlarda Prezident Vladimir Putinlə danışıqlar aparacaq", - bəyanatda bildirilib.

Ukrayna lideri ilə danışıqlara gəlincə, Fransa Prezident Administrasiyası bildirib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.