QR CodeQR Code

“Barselona” İspaniya kubokunun qalibi oldu

18 Apr 2021 03:36

İslamTimes: İspaniya Kral Kubokunun finalında "Atletik Bilbao" - "Barselona" qarşılaşması baş tutub.


Modern.az xəbər verir ki, matç katalonların qələbəsi ilə başa çatıb - 4:0.

Oyunda qolları Antuan Qrizman (60 dəq.), Frenk de Yonq (63) və Lionel Messi (68, 72) vurub.

Bununla da "Barselona" tarixində 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.

Komandanın kapitanı Lionel Messi kuboku başı üzərinə qaldırıb.

Messi həmçinin matçın oyunçusu seçilib.

Qeyd edək ki, bu, Kral Kubokunun sayca 119-ci finalı idi.


Story Code: 927837

News Link :
https://www.islamtimes.org/az/news/927837/barselona-ispaniya-kubokunun-qalibi-oldu

Islam Times
  https://www.islamtimes.org