QR CodeQR Code

ABŞ-da atışma olub, ölən və yaralanan var

18 Apr 2021 04:56

İslamTimes: ABŞ-ın Nebraska ştatının Omaxa şəhərində atışma olub.


“Report” xəbər verir ki, bu barədə yerli polis idarəsinin saytında bildirilir.

Qeyd edilir ki, naməlum şəxs ticarət mərkəzlərindən birinin birinci mərtəbəsində ətrafdakılara atəş açıb. Hadisə zamanı 2 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, lakin yaralılardan biri sonradan ölüb.

Cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olub. Polis onun axtarışlarına başlayıb.


Story Code: 927838

News Link :
https://www.islamtimes.org/az/news/927838/abş-da-atışma-olub-ölən-və-yaralanan-var

Islam Times
  https://www.islamtimes.org