QR CodeQR Code

Amerikada silah səsləri susmaq bilmir!

18 Apr 2021 10:49

İslamTimes: ABŞ-da anım mərasimində atışma olub, ölən və yaralananlar var


ABŞ-da növbəti atışma olub.

Bu barədə "Report" NBC teleşirkətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Ohayo ştatında qeydə alınıb. Kolumbus şəhəri yaxınlığında baş verən atışma zamanı azı 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bildirilir ki, anım mərasimi zamanı naməlum şəxs ətrafdakılara atəş açıb. İnsidentin digər təfərrüatları açıqlanmır.

Qeyd edək ki, bu, son saatlarda Birləşmiş Ştatlarda baş vermiş ikinci silahlı insidentdir. Daha əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma olub.


Story Code: 927861

News Link :
https://www.islamtimes.org/az/news/927861/amerikada-silah-səsləri-susmaq-bilmir

Islam Times
  https://www.islamtimes.org