0
Sunday 18 April 2021 - 11:39

Zərif: Buna izn vermyəcəyik!

Story Code : 927864
Zərif: Buna izn vermyəcəyik!
Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Talibanın planının "İslam əmirliyi"ni yenidən bərpa etmək olduğunu bilirik. Ancaq bu plan praktik deyil və bu barədə ümumi bir fikir birliyi yoxdur. İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə qayıtmasına izn verməyəcək”, - Zərif bildirib.

XİN rəhbəri qeyd edib ki, ABŞ-ın Əfqanıstandan çıxması düzgün addımdır:

“Taliban bu fürsətdən şiddəti artırmaq üçün istifadə etməməlidir. Taliban vaxt itirmədən Əfqanıstan hökuməti ilə ciddi danışıqlara başlamalıdır”.