0
Sunday 18 April 2021 - 17:07

Britaniya Ukraynaya dəstək olaraq Qara dənizə öz gəmilərini göndərir

Story Code : 927905
Britaniya Ukraynaya dəstək olaraq Qara dənizə öz gəmilərini göndərir

APA xəbər verir ki, bu barədə “Times” nəşri krallığın hərbi dairələrinə istinadən məlumat yayıb.
 
Qəzetin məlumatına görə, gəmilərin Ukrayna sahillərində yerləşdirilməsi Rusiya-Ukrayna sərhədindəki vəziyyət fonunda Kiyev və bölgədəki NATO müttəfiqləri ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.
 
Qəzet yazır ki, gəmilər Aralıq dənizində krallıq donanmasının aviasiya daşıyıcı qrupundan ayrılacaq və Bosfor boğazı vasitəsilə Qara dənizə gedəcək.
 
Source : Apa
Comment