0
Sunday 18 April 2021 - 17:11

Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”

Story Code : 927906
Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”

Ustad Ənsarian buyurur: “Quran buyurur ki, oruc tutun ki, bunun sayəsində günahdan uzaq olmaq üçün qüdrət və ruhiyyə əldə edəcəksiniz. Yəni, Allah oruc tutmaqla hüccəti günahkarlar üçün tamam edər. Oruc insana günahdan uzaq olmaq üçün ruhiyyə verər. Yəni, bu 30 gün ki, oruc tuturuq, günahdan uzaq olmağımız üçün bizə kifayət qədər qüdrət yarada bilər.
 
Aləmdə olan hər bir şeyin zahiri və batini vardır. Bu dünyada olan hər bir şey məna aləmində olanların nümunələridir. İlahi qanunlar dünyada din və ibadət kimi zühur edərək sirlərə və batinə malikdir.
 
Zamanların, məkanların və əşyaların da batini və həqiqəti vardır. O zamanlardan biri Ramazan ayıdır. İslam dinində Ramazan ayı – ən müqəddəs və möhtərəm bir aydır. Elə bir aydır ki, insanlar onu paklanma ayı kimi tanıyırlar. Onu, Peyğəmbərin (s) buyurduğu kimi, Allahın ayı adlandırırlar.

İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə”də Ramazan ayının girişi zamanı onun həqiqətlərini bəyan etmişdir. İmamın (ə) nəzərinə görə, Ramazan ayı – İslamın həqiqətinin təcəllisidir. Yəni, Allah Təala qarşısında ixlascasına təslim olmaqdır. İnsan hər şeyə göz yumur və Allah bəndəsi olmaq üçün təslim olur.
 
Ramazan ayının həqiqəti – özündən azad olmaqdır. Öz heyvani hisslərindən azad olub, Ramazan ayında yenidən doğulmaqdır. İlahi əxlaqa bürünüb, Liqaallaha çatmaqdır.

İnsan bu yolda bir ay nəfsini təmrin etdirər. İnsan on iki ay içində məhz bu ayda güc və qüvvə əldə edər ki, qalan on bir ayda da o güc və qüvvə ilə nəfsinə qalib gələ bilsin.
 
Ona görə də deyə bilərik ki, Ramazan ayının həqiqəti – özündən azad olmaqdır. Hədislərin birində oxuyuruq ki, Allah Təala buyurur:“Oruc Mənim üçündür və Mən özüm onun mükafatını verəcəyəm”.
 
Ona görə də əzizlərim! Bu mübarək ayda özümüzü özümüzdən azad edək və yenidən doğulaq. Nəfsi istəklərimizlə mübarizə aparıb, günaha qalib gələk”. (Tebyan)
 
Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqi bədbəxt o kəsdir ki, bu ayı (Ramazan ayını) arxada qoyar və günahları bağışlanmaz”.
 
Source : Deyerler
Tagged
ramazan
Comment