0
Monday 19 April 2021 - 10:36

Dövlət Departamenti ABŞ-ın Belarusda çevrilişə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib

Story Code : 928003
Dövlət Departamenti ABŞ-ın Belarusda çevrilişə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib
APA “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Departament rəsmisi ABŞ-ın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd planları barədə yayılan məlumatları təkzib edib: “Rusiya dövlət mediasında Aleksandr Lukaşenkoya qarşı sui-qəsd barədə xəbərləri və bununla bağlı mətbuatda birbaşa açıqlamalar verildiyini gördük. Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etdiyinə dair hər hansı bir məlumat tamamilə yalandır”.