0
Monday 19 April 2021 - 11:16

Türkiyə "Sputnik V" peyvəndinin istehsalını təsdiqlədi

Story Code : 928011
Türkiyə "Sputnik V" peyvəndinin istehsalını təsdiqlədi
Bu barədə “Yeni Şafak” qəzeti respublikanın koronavirus elmi şurasının üzvü Afşin Emre Kayipmaza istinadən xəbər verib.
“Türkiyədə toksikoloji sınaqları həyata keçirildi və istehsalını istəyən şirkətə icazə verildi. Rusiya vaksininin Türkiyədəki dəyəri təxminən 10 dollar olacaq”, - deyə Kayipmaz bildirib.
Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqustunda qeydiyyatdan keçirib. Son araşdıramalara görə, peyvənd 91,6% effektivdir. /Eastnews/