QR CodeQR Code

Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi

Report , 19 Apr 2021 14:13

İslamtimes - Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.



"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990- cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb.1997-2004-cu illərdə "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub.2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.2018-ci ilin mayından indiyədək xarici işlər nazirinin müavini idi. İngilis və rus dillərini bilir.
 


Story Code: 928041

News Link :
https://www.islamtimes.org/az/news/928041/ramiz-həsənov-xarici-işlər-nazirinin-müavini-vəzifəsindən-azad-edildi

Islam Times
  https://www.islamtimes.org