0
Monday 19 April 2021 - 16:50

İran Səudiyyə Ərəbistanı ilə danışıqları müsbət qarşılayır

Story Code : 928085
İran Səudiyyə Ərəbistanı ilə danışıqları müsbət qarşılayır
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün "online" şəkildə keçirilən mətbuat konfransında Britaniya KİV-də İranın Səudiyyə Ərəbistanı ilə bağlı danışıqlar aparması haqda yayılan xəbərlərə münasibət bildirib.

Sözçü deyib: "Bəzən mətbuatda ziddiyyətli xəbərlər dərc olunur. Amma İran İslam Respublikası daim Səudiyyə Ərəbistanı ilə danışıqları müsbət qarşılayıb. Bu mövzu hər iki ölkə xalqının mənafeləri üçün, məntəqədə sülhün bərqərar olunmasında müsbət nəticə verə bilər."

Qeyd edək ki, Səudiyyə Ərəbistanı uzun müddətdir, Avropa Birliyi və ABŞ-a müraciət edərək, rəsmi Tehranla normal əlaqələr yaratmaq üçün İranla nüvə danışıqlarında iştirak etmək istədiyini bildirirdi.