QR CodeQR Code

"ABŞ İranla nüvə sazişinə geri dönür"

إسلام تايمز , 19 Apr 2021 23:51

İslamTimes: Avropa Birliyi bazar ertəsi günü açıqlamasında ABŞ-ın HBFP sazişinə geri dönməsi ilə bağlı danışıqların sabah başlayacağını elan edib.


Avropa Birliyinin bəyanatında bildirilib ki, müzakirə iştirakçıları ABŞ və İranın 2015-ci ildə imzalanmış HBFP nüvə sazişinə geri dönəcəklərinə inanırlar və bu zəmində ciddi irəliləyişlər əldə edilib.

Əl-Cəzirə xəbər kanalı da danışıqların sabah xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam edəcəyini yazıb.

Almaniya dövləti sözçüsü də bazar ertəsi günü Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarında irəliləyiş müşahidə olunduğunu açıqlayıb. Sözçü İranla nüvə sazişi müzakirələrində önəmli nailiyyətlər, dəyişikliklər müşahidə edildiyini qeyd edib.


Story Code: 928146

News Link :
https://www.islamtimes.org/az/news/928146/abş-iranla-nüvə-sazişinə-geri-dönür

Islam Times
  https://www.islamtimes.org