0
Tuesday 20 April 2021 - 01:03

“Koronavirus bu yolla yayılıb” – Jirinovskidən qalmaqallı iddia

Story Code : 928158
“Koronavirus bu yolla yayılıb” – Jirinovskidən qalmaqallı iddia
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Siyasətçiyə görə, mövcud pandemiya əslində süni mənşəlidir, çünki onun təbii baş verməsi üçün heç bir real əsas olmayıb:

“Çox güman ki, Avropa hərbçilərindən biri əvvəlcədən bilərək bu virusa yoluxub. Bundan sonra SARS-CoV-2 xəstəliyin yayılmasının ilk mənbəyi sayılan Çinin Vuhan şəhərinə gətirilib”.

Jirinovski hesab edir ki, Çində yeni virus ocağının ortaya çıxması Qərb üçün faydalıdır, çünki bu, hər şeyi Pekini günahlandırmağa və bütün dünyanı ona qarşı yönəltməyə imkan verir.