0
Tuesday 20 April 2021 - 12:12

Tramp Putin haqqında: “O, məni bəyənirdi, mən də onu”

Story Code : 928245
Tramp Putin haqqında: “O, məni bəyənirdi, mən də onu”
“Report” xəbər verir ki, Tramp bu fikri “Fox News” telekanalına müsahibəsində səsləndirib.

“Prezident Putinlə yaxşı münasibətim var idi, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, pis hal deyil, yaxşı haldır”, – o deyib.

Xatırladaq ki, rəsmi Moskva ilə Vaşinqton arasında münasibətlər 2016-cı ildə Donald Trampın prezident seçilməsindən sonra Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyinə dair iddiaların yayılması ilə kəskin şəkildə pisləşib.