0
Tuesday 20 April 2021 - 11:16

“Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var

Story Code : 928247
“Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var
“Report”un məlumatına görə, bu barədə 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisə Herat əyalətində baş verib. Minalanmış avtomobilin partladılması zamanı həmçinin daha 3 polis əməkdaşı yaralanıb.

Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib. Polis əməkdaşları ilə silahlılar arasında atışma bir neçə saat davam edib. Sonda “taliblər” sıxışdırılaraq ərazidən uzaqlaşdırılıblar.

“Taliban” hələlik hadisəni şərh etməyib.