QR CodeQR Code

Çin prezidenti: ABŞ-ın dünyadakı hegemonluğuna son qoyulmalıdır

إسلام تايمز , 20 Apr 2021 14:07

İslamTimes: Çin dövlət başçısı Si Cinpinq dünya nizamına nəzarət üzərində ABŞ da daxil olmaqla Qərb dövlətlərinin hegemonluğuna və hökmranlığına son qoyulmasına çağırıb.


Reuters xəbər verir ki, Si Cinpinq ABŞ və Avropa daxil olmaqla bəzi ölkələrin digər dünya ölkələri üçün maneələr yaradaraq, parçalanmalara səbəb olmasını tənqid edib. O bildirib ki, bu yanaşma heç kimə fayda vermir və sadəcə digər ölkələrə zərbə vurur.

Çin prezidenti Amerikaya müraciətlə istehzalı bir açıqlamada deyib: “Dünya hegemonluq deyil, ədalət istəyir. Böyük bir ölkə özündən daha çox məsuliyyətli davranışlar sərgiləməklə böyük bir ölkəyə bənzəməlidir, başqalarına hakim olmaqla deyil!"


Story Code: 928283

News Link :
https://www.islamtimes.org/az/news/928283/çin-prezidenti-abş-ın-dünyadakı-hegemonluğuna-son-qoyulmalıdır

Islam Times
  https://www.islamtimes.org