QR CodeQR Code

"Səudiyyə hökuməti müxaliflərin kütləvi oğurlanmasına göstəriş verib"

إسلام تايمز , 20 Apr 2021 14:47

İslamTimes: Yeni təsis edilmiş "Sanad" insan haqqları təşkilatı, Səudiyyə hökuməti tərəfindən müxaliflərin qaçırılması barədə məlumat verərək bunu Ər-Riyadın rəsmi mövqeyi adlandırıb.


"Saudi WikiLeaks" saytının verdiyi məlumata görə, hesabatda müxaliflərin qaçırılmasının bəzi təhlükəsizlik qurumları və ya vəzifəli şəxslər tərəfindən özbaşına həyata keçirilmiş bir proses olmadığı, əksinə dövlət tərəfindən verilmiş bir qərarla həyata keçirildiyi bildirilir.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında təhlükəsizlik qüvvələri tərəfindən oğurlanma hadisəsi ilə üzləşməyən bir məhbus yoxdur. Bundan əlavə adı heç bir beynəlxalq təşkilat tərəfindən siyahıya alınmayan 60 oğurlanmış hüquq müdafiəçisi barədə məlumat verilmir və Səudiyyə rəsmiləri qaçırılan hüquq müdafiəçilərini gizli yerlərdə saxlayır.


Story Code: 928284

News Link :
https://www.islamtimes.org/az/news/928284/səudiyyə-hökuməti-müxaliflərin-kütləvi-oğurlanmasına-göstəriş-verib

Islam Times
  https://www.islamtimes.org