0
Wednesday 21 April 2021 - 13:04

Kreml: Qərb ölkələri anti-Rusiya siyasətlərindən əl çəkməlidir

Story Code : 928441
Kreml: Qərb ölkələri anti-Rusiya siyasətlərindən əl çəkməlidir
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bu gün Rusiyanın Vaşinqtondakı səfiri və onun amerikalı həmkarının Moskvadakı durumu barədə danışıb.

Peskov Kremldəki gündəlik mətbuat konfransı zamanı deyib: "Avropa ölkələri və ABŞ-ın Moskva ilə yaşadığı son gərginliyə toxunaraq deyib: “Rusiya Qərblə yaşanan gərginliyi başladan tərəf deyil! Biz maraqlarımızı da qurban verməyə hazır deyilik. Amma dialoq üçün yol hələ də açıqdır."

Məlumata görə, Peskov Rusiya ilə ABŞ arasındakı münasibətlərin hazırda ən aşağı səviyyədə olduğunu bildirərək əlavə edib:
"Ölkəmizə qarşı qərəzli, dostluqdan kənar hərəkətlərin şübhəsiz ki, əks nəticələri olacaq!"