QR CodeQR Code

Amerika polisi bu dəfə 15 yaşlı qaradərili qızı odlu silahla qətlə yetirdi

إسلام تايمز , 21 Apr 2021 13:25

İslamTimes: "FoxNews" kanalı Ohayo ştatının Kolumbus şəhərində qaradərili gənc qızın polis tərəfindən öldürülməsinə görə yeni etiraz dalğasının başladığını bildirib.


"FoxNews" xəbər verir ki, Minneapolisdə Corc Floydun qətlinə görə polis işçisinə hökm oxunması ilə eyni vaxtda
Kolumbusda Ma'Khia Bryant adlı 15 yaşlı qaradərili bir qız polis tərəfindən güllələnərək, öldürülüb. Bu dəhşətli hadisə Kolumbus bölgəsində böyük nümayişlər keçirilməsinə səbəb olub.

Kolumbus polisi bu hadisədən öncə polis məmurlarına qarşı bıçaqla iki hücum həyata keçirildiyini iddia edib. Şəhərin bələdiyyə başçısı isə deyib: "Qaradərili yeniyetmə qızın öldürülməsi zamanı nələrin baş verdiyi hələ də aydın deyil. Bu sahədə araşdırmalar davam edir..."


Story Code: 928444

News Link :
https://www.islamtimes.org/az/news/928444/amerika-polisi-bu-dəfə-15-yaşlı-qaradərili-qızı-odlu-silahla-qətlə-yetirdi

Islam Times
  https://www.islamtimes.org