0
Wednesday 21 April 2021 - 13:47

Çin: HBFP sazişinin bərpası üçün İrana qarşı bütün sanksiyalar ləğv edilməlidir

Story Code : 928449
Çin: HBFP sazişinin bərpası üçün İrana qarşı bütün sanksiyalar ləğv edilməlidir
Vanq çərşənbə axşamı Vyanada HBFP sazişi ilə bağlı təşkil olunan Birgə Komissiya iclasının bitməsindən sonra bildirib ki, İrana qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi Vyanadakı müzakirələrin uğurlu olmasının açarıdır.

Sinhua Xəbər Agentliyinin verdiyi məlumata görə, Çin rəsmisi son günlərdə baş tutan müzakirələrin faydalı və səmərəli olduğunu vurğulayaraq, bu danışıqların yeni bir mərhələyə qədəm qoyduğunu söyləyib.

Vanq Çin rəhbərliyinin, HBFP sazişinin bərpası üçün ərsəyə gələn Birgə Komissiyanın işçi qruplarında ilkin razılaşma mətnlərinin hazırlanması üçün aparılan intensiv danışıqları alqışladığını bildirib.