QR CodeQR Code

Çinin dövlət başçısı ABŞ prezidenti Baydenlə görüşəcək

22 Apr 2021 00:58

İslamTimes: Çinin dövlət başçısı Şi Cinpinq ABŞ-ın dünya idarəetmə quruluşu üzərindəki hegemonluğunu və hökmranlığını tənqid etdikdən sonra, amerikalı həmkarı Cozef Baydenlə görüşməyi planlaşdırır


Reuters-in məlumatına görə, Şinin ABŞ prezidenti olaraq Baydenlə ilk görüşü cümə axşamı (22 aprel) günü Vaşinqtonun dəvəti ilə çağırılacaq İqlim Dəyişikliyi Sammiti zamanı baş tutacaq.

ABŞ-ın Paris İqlim Sazişinə qayıtmasından sonra, Bayden onlarla dünya liderini cümə axşamı və cümə günlərində iki günlük virtual sammitə dəvət edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bu gün (21 aprel) Şinin iclasda iştirak edəcəyinə dair verdiyi açıqlamasında, Çin dövlət başçısının mühüm çıxış etmək niyyətində olduğunu söyləyib

Dünən (20 aprel) Çinin dövlət başçısı Şi Cinpinq Qərb ölkələrini digər ölkələrin inkişafına maneə törətdikləri üçün tənqid edərək, belə deyib: “Dünya hegemonluq və gücün hökmranlığını yox, ədalət istəyir”.  /Deyerler/


Story Code: 928577

News Link :
https://www.islamtimes.org/az/news/928577/çinin-dövlət-başçısı-abş-prezidenti-baydenlə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org