0
Thursday 22 April 2021 - 04:52

Bayden çıxışı zamanı sözləri səhv salıb

Story Code : 928602
Bayden çıxışı zamanı sözləri səhv salıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-da COVID-19-la mübarizənin nəticələrindən söhbət açan Bayden Ohayo ştatındakı bir gözəllik salonunu nümunə gətirərək, peyvənd proqramına qatılan ölkə vətəndaşlarının məsuliyyətli olmasına toxunub.

“Salon müdiri vaxtını və enerjisini sərf etdi ki, onun əməkdaşları və ziyarətçiləri peyvənd olunsunlar. Salundan çıxarkən işçilər... Salun? Salon. Bəlkə onlar salunları da ziyarət edirlər, bilmirəm. Ancaq salondan çıxarkən işçilər müştərilərin özlərinin və onların ailə üzvlərinin peyvənd üçün qeydiyyatdan keçmələrinə yardım göstəriblər”, - deyə prezident gülərək bildirib.