0
Thursday 22 April 2021 - 12:00

Türkiyə F-35-dən kənarlaşdırıldı: Ağardan MÜHÜM AÇIQLAMA

Story Code : 928638
Türkiyə F-35-dən kənarlaşdırıldı: Ağardan MÜHÜM AÇIQLAMA
Bunu türkiyəli hərbi ekspert Abdullah Ağar ABŞ-ın Türkiyəni F-35 proqramından kənarlaşdırması barədə rəsmi açıqlamasına münasibət bildirərkən deyib.

"2030-cu ilə qədər sahib olduğumuz F-16-ları yeniləyib, gələcəkdə 4 və 5-ci nəsil səviyyəsinə qədər yüksəldə bilsək, yeni bir təyyarə modeli almağa ehtiyac qalmayacaq.

Bu, bir tarixi qırılma anıdır. Sadəcə siyasi deyil, geopolitik nəticələri də olacaq. Bəlkə də F seriyası ABŞ-dan asılılıqların sonudur", - Ağar vurğulayıb.

Qeyd edək ki, ötən gün Pentaqon rəsmən Türkiyənin F-35 proqramından çıxarıldığını elan edib. /Axar.az/