0
Friday 23 April 2021 - 11:05

"Ləğv ediləcək sanksiyaların siyahısı tam hazır deyil"

Story Code : 928778
"Ləğv ediləcək sanksiyaların siyahısı tam hazır deyil"
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə "Club House" platformasında xarici KİV nümayəndələri ilə görüş zamanı onların suallarını cavablandırıb. Xətibzadə Səudiyyə Ərəbistanı ilə İran rəsmiləri arasında yaxın günlərdə görüş keçirildiyinə işarə etməsə də bildirib ki, İran hər zaman məntəqədə sülhün, sabitliyin bərqərar olunması üçün qonşularla əlaqələri genişləndirməyə çalışıb. Səudiyyə Ərəbistanı ilə də hətta son illərdə belə birbaşa və dolayı yollarla rabitələr olub və heç zaman əlaqələr tam şəkildə kəsilməyib.

Xətibzadə Vyanada keçirilən nüvə danışıqlarını da ümidverici adlandıraraq, tərəflərin həll yoluna nail olmaq üçün istəkli göründüyünü bildirib. O ləğv ediləcək sanksiyaların siyahısının tam hazır olmadığını, amma bu mövzu ilə bağlı danışıqlarda ciddi irəliləyişlər müşahidə edildiyini söyləyib.