0
Friday 23 April 2021 - 12:31

"Həşd əl-Şəbi" heç vaxt ləğv olunmayacaq!

Story Code : 928790
"Həşd əl-Şəbi" heç vaxt ləğv olunmayacaq!
JameJamOnline-ın verdiyi xəbərə əsasən, İraq Hizbullahı generallarından biri Tvitter hesabında yazıb ki, İraq Müqavimət Qüvvələri heç zaman silahlarını yerə qoymayacaq.

İraqın Kətaibul-Hizbullah Hərəkatının təhlükəsizlik işləri üzrə məsulu Əbu Əli əl-Əskəri Twitter səhifəsində yazıb: "İlk olaraq bildirim ki, "Həşd əl-Şəbi" heç vaxt ləğv olunmayacaq. Düşmənlərin bu xam xəyalı nə zamansa reallaşsa belə, İslami Müqavimət "Həşd əl-Şəbi"nin bütün üzvlərini və ixtisaslaşmış qruplarını özündə birləşdirəcək."

Əbu Əli əl-Əskəri əlavə edib: "Silahlarımızı İmam Zamandan (ə) savayı kimsəyə təhvil verməyəcəyik! Beləliklə, döyüşçülərimizin gözləri aydın olsun, icazə verin Sionist-Amerika-Səudiyyə koalisiyası da qəzəbdən ölsün! Hər kəsə bildirin ki, Səudiyyə rejiminin İraqdakı hər hansı danışıqlarına qatılmırıq!"