QR CodeQR Code

"Həşd əl-Şəbi" heç vaxt ləğv olunmayacaq!

إسلام تايمز , 23 Apr 2021 12:31

İslamTimes: İraq Hizbullahı rəsmilərindən biri bildirib ki, "Həşd əl-Şəbi" Müqavimət Cəbhəsi əsla ləğv edilməyəcək!


JameJamOnline-ın verdiyi xəbərə əsasən, İraq Hizbullahı generallarından biri Tvitter hesabında yazıb ki, İraq Müqavimət Qüvvələri heç zaman silahlarını yerə qoymayacaq.

İraqın Kətaibul-Hizbullah Hərəkatının təhlükəsizlik işləri üzrə məsulu Əbu Əli əl-Əskəri Twitter səhifəsində yazıb: "İlk olaraq bildirim ki, "Həşd əl-Şəbi" heç vaxt ləğv olunmayacaq. Düşmənlərin bu xam xəyalı nə zamansa reallaşsa belə, İslami Müqavimət "Həşd əl-Şəbi"nin bütün üzvlərini və ixtisaslaşmış qruplarını özündə birləşdirəcək."

Əbu Əli əl-Əskəri əlavə edib: "Silahlarımızı İmam Zamandan (ə) savayı kimsəyə təhvil verməyəcəyik! Beləliklə, döyüşçülərimizin gözləri aydın olsun, icazə verin Sionist-Amerika-Səudiyyə koalisiyası da qəzəbdən ölsün! Hər kəsə bildirin ki, Səudiyyə rejiminin İraqdakı hər hansı danışıqlarına qatılmırıq!"


Story Code: 928790

News Link :
https://www.islamtimes.org/az/news/928790/həşd-əl-şəbi-heç-vaxt-ləğv-olunmayacaq

Islam Times
  https://www.islamtimes.org