0
Saturday 24 April 2021 - 15:26

İranın cənub-şərqində silahlı qrup zərərsizləşdirilib, azı üç ölü var

Story Code : 929003
İranın cənub-şərqində silahlı qrup zərərsizləşdirilib, azı üç ölü var
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusu bəyanat verib.

Bildirilib ki, Sistan Bəluçistan əyalətində bir silahlı qrupun yeri hücumlarını həyata keçirməmişdən öncə aşkarlanıb.

Qabaqlayıcı əməliyyat nəticəsində üç silahlı öldürülüb.

Əlavə edilib ki, bu əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib.

Qeyd edək ki, İranın Pakistanla sərhədində yerləşən bölgələri ara-sıra “Ceyşul-Ədl” kimi terror qrupların hücumlarının şahidi olur.