0
Saturday 24 April 2021 - 16:38

Pentaqon Əfqanıstana iki bombardmançı təyyarə göndərib

Story Code : 929017
Pentaqon Əfqanıstana iki bombardmançı təyyarə göndərib
SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi məlumat verib.

O, eyni zamanda Əfqanıstan yaxınlığındakı "Eyzenhauer" təyyarə daşıyan gəminin də müəyyən vaxt ərzində Mərkəzi Komandanlığın məsuliyyət bölgəsində qalacağını açıqlayıb.

Kirbi artıq iki "B-52" bombardmançı təyyarənin ölkəyə gəldiyini qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın addımları yalnız qoşunların qorunması ilə deyil, həm də maddi-texniki təminatla bağlıdır.