QR CodeQR Code

ABŞ Alyaskada hərbi təlimlər keçirəcək

virtualaz.org , 24 Apr 2021 17:55

İslamtimes - Bu, Alyaskada planlaşdırılan cari ildə ən böyük təlimdir.


ABŞ Silahlı Qüvvələri 3-14 may tarixlərində Alyaskada hərbi təlimlər keçirəcək. Bu barədə “TASS” agentliyi ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean Komandanlığına istinadla məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə 15 min əsgər və zabitin, eləcə də hər növdən təxminən 240 uçuş aparatının iştirakı nəzərdə tutulub. Təlimlərdə "Theodore Roosevelt" atom gəmisi və onu müşayiət edən gəmilər iştirak edəcəklər.
 
"Bu, Alyaskada planlaşdırılan cari ildə ən böyük təlimdir. Bu təlimlər adətən iki ildən bir keçirilir", - deyə məlumatda vurğulanıb.
 
Pentaqonun mətbuat xidməti, ABŞ Silahlı Qüvvələrinin Hindistan-Sakit Okean Komandanlığı və ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean Komandanlığı Vaşinqtonun təlim planları ilə əlaqədar Moskvaya əvvəlcədən xəbərdarlıq edilib-edilmədiyinə dair sualları cavablandırmayıb. /virtualaz.org/


Story Code: 929023

News Link :
https://www.islamtimes.org/az/news/929023/abş-alyaskada-hərbi-təlimlər-keçirəcək

Islam Times
  https://www.islamtimes.org