0
Saturday 24 April 2021 - 22:58

Vaşinqton: İrana təkliflərimiz öhdəlik müqabilində öhdəliyə əsaslanır

Story Code : 929108
Vaşinqton: İrana təkliflərimiz öhdəlik müqabilində öhdəliyə əsaslanır
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Əl-Cəzirə" kanalı ilə müsahibəsi zamanı deyib: "Biz İranla aramızdakı məsələlərin həlli üçün diqqətimizi diplomatiya yoluna yönəltmişik. Bu ölkə ilə imzalanan nüvə anlaşması çox vacib idi."

Ned Prays əlavə edib: "Vyana danışıqlarında İranın HBFP sazişindəki öhdəliklərinə sadiqliyi, ABŞ-ın ləğv etməsi mümkün olan sanksiyalar barədə müzakirələr aparılır."

Qeyd edək ki, Ned Prays işğalçı İsrail rejiminə də müzakirələr barədə məlumat verildiyini söyləyib. Sionist rejim ABŞ-ın HBFP sazişinə dönməsinin tərəfdarı deyil və rəsmi Vaşinqtonu bu addımdan çəkindirmək istəyir.