QR CodeQR Code

Hulusi Kılıç: “ABŞ Administrasiyası erməni lobbisinin oyuncağı olmaqla, 300 milyonluq türk dünyasına qarşı çıxdı”

25 Apr 2021 10:20

İslamTimes: “ABŞ administrasiyası erməni lobbisinin oyuncağı olmaqla, tarixi xətaya yol verdi”.


APA-nın yerli bürosuna Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq dəyərləndirməsinə mövqe bildirərkən bunu deyib.

Diplomatın fikrincə, siyasətçilərin tarixçilərin yerini tutması xəyanətdir: “Bu qərarın heç bir hüquqi əsası yoxdur. Tarix siyasət alətinə çevrilə bilməz. Bu açıqlamanın hüquqi əsası yoxdur. Təəssüf. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinə zərər verəcək və bölgədəki vəziyyəti daha da gərginləşdirəcək”.

H.Kılıç bildirib ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk dünyasına qarşı çıxıb: “ABŞ Adminstrasiyasının bu tarixi xətadan geri çəkilməsini gözləyirik”.

Diplomat ABŞ rəhbərliyinin əsassız bəyanatına qarşı Azərbaycan-Türkiyə həmrəyliyindən məmnunluğunu da bildirib.

 


Story Code: 929145

News Link :
https://www.islamtimes.org/az/news/929145/hulusi-kılıç-abş-administrasiyası-erməni-lobbisinin-oyuncağı-olmaqla-300-milyonluq-türk-dünyasına-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org