0
Sunday 25 April 2021 - 11:35

Nikol Paşinyan istefa verdi

Story Code : 929153
Nikol Paşinyan istefa verdi
Modern.az-ın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə o, çıxışında belə deyib:

"Bu gün növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi üçün istefa edirəm".

Qeyd edək ki, Paşinyan erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini əvvəlcədən elan etmişdi.

Parlamentin buraxılması mexanizminə başlamaq üçün o, aprel ayında formal olaraq istefa etməlidir. Lakin Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb. Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.

Çıxarma mexanizmi istefadan sonra rəsmi olaraq işə salına bilər. İki həftə ərzində deputatlar iki dəfə baş naziri seçməsələr, parlament buraxılacaq.