QR CodeQR Code

Həmas: Müqavimət əskərləri tam hazır vəziyyətə gətirilir!

إسلام تايمز , 25 Apr 2021 16:21

İslamTimes: Əl-Mayadin şəbəkəsi bildirib ki, Fələstinin Həmas hərəkatı birliyin daha da gücləndirilməsinə və vahid komandanlıq qurulmasının sürətləndirilməsinə çağırıb


Həmas hərəkatı elan edib: "Qüds şəhərinin qədim məntəqələrinin sakinlərini Məscidül-Əqsada və buranın giriş qapıları yaxınlığında toplanmağa dəvət edirik. Onlardan bu məsciddə namazları bərpa etmələrini gözləyirik. Qərb Sahili və 1948-ci ildə işğal olunmuş ərazi sakinlərini Məscidül-Əqsaya doğru hərəkət etməyə çağırırıq. Fələstinə məxsus bütün bölgələrdə gecə mühafizə komitələrinin yaradılmasını sürətləndirmək lazımdır."

Hərəkat əlavə edib: "İordan çayının qərb sahilində yaşayan insanları kəndlər və qəsəbələrə sızan quldurlar barədə sayıq olmağa çağırırıq. İordan çayının qərb sahilində yaşayan insanları Sionist məhəllələrinə yaxın ərazilərdə çaşdırıcı məliyyatlar aparmağa dəvət edirik. Qəzza zolağındakı qəhrəman Müqavimət döyüşçülərindən barmaqlarını tətikdə saxlamağı istəyirik. Müqaviməti raketləri hazır vəziyyətə gətirməyə və düşmən obyektlərini hədəf almaq üçün tam hazır olmağa çağırırıq."


Story Code: 929182

News Link :
https://www.islamtimes.org/az/news/929182/həmas-müqavimət-əskərləri-tam-hazır-vəziyyətə-gətirilir

Islam Times
  https://www.islamtimes.org