0
Monday 26 April 2021 - 13:16

Almaniyadan Rusiya ilə savaş xəbərdarlığı: “Vəziyyət pisdir”

Story Code : 929301
Almaniyadan Rusiya ilə savaş xəbərdarlığı: “Vəziyyət pisdir”
Teleqraf.com xəbər verir ki, nazir bu barədə “ARD” telekanalının efirində söyləyib.

Maas Almaniyanın Qərb və Rusiya arasında ehtimal olunan qarşıdurmada iştirak etmək istəmədiyini bildirib:

“Bu qarşıdurmaya qoşulmaq bizim üçün maraqlı deyil. Rusiya ilə dialoqa və mehriban qonşuluq münasibətlərinə can atırıq”.

O, Qərbdən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların vəziyyəti bir qədər də pisləşdirəcəyini iddia edib: “Bu addımlar faydalı olmayacaq”.

Maasın fikrincə, Rusiya və Qərb ölkələri arasında münasibətlər çox pisdir, bu qarşıdurma ehtimalı təxribatlar nəticəsinə yaranır.