QR CodeQR Code

Kreml: Putinlə Bayden arasında görüş planı təyin edilməyib

إسلام تايمز , 26 Apr 2021 22:55

İslamTimes: Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Rusiya və ABŞ prezidentləri arasında görüş keçiriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Rusiya və ABŞ prezidentləri arasında görüş keçiriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Peskov deyib ki, iki ölkə arasındakı bir çox fikir ayrılıqları Bayden və Putin görüşmədən əvvəl həll edilməlidir.

"RussiaToday" şəbəkəsi bildirib ki, Peskov mətbuat konfransında jurnalistlərə deyib: "Bəzi xəbərlərdə Putin və Bayden arasındakı görüşün 15 və 16 iyun tarixlərində olacağı bildirilsə də biz bu xəbəri təsdiqləmirik."

Rus diplomat, Putin və Baydenlə görüşmək üçün bir proqram mövcud olmadığını qeyd edərək deyib ki, iclas bu yaya təyin oluna bilər, lakin görüşün dəqiq tarixi və yeri barədə hələ qərar verilməyib.


Story Code: 929410

News Link :
https://www.islamtimes.org/az/news/929410/kreml-putinlə-bayden-arasında-görüş-planı-təyin-edilməyib

Islam Times
  https://www.islamtimes.org