0
Monday 26 April 2021 - 23:58

Həşd əl-Şəbi İraqı terrorçulardan təmizləməyə davam edir

Story Code : 929428
Həşd əl-Şəbi İraqı terrorçulardan təmizləməyə davam edir
Həşd əl-Şəbi qüvvələri və İraq ordusu bu gün İraqın iki vilayətində, Neynəva və Əl-Ənbarda İŞİD terrorçularının qalıqlarına qarşı əməliyyat başladıb. Bu bölgələri ən xırda təhlükələrdən belə təmizləməyə səy göstərilir.

Mawazin News xəbər verir ki, 33-cü Həşd əl-Şəbi Briqadasının bir hissəsi və İraq ordusu Mosulun cənub-qərbindəki altı kəndi nəzarət altına alıb və orada bir neçə əldə hazırlanmış bomba aşkarlanıb.

33-cü Həşd əl-Şəbi Briqadası Neynəva əməliyyatı çərçivəsində, bu gün səhər saat 5-də Mosulun cənub-qərbində təhlükəsizliyi təmin etmək üçün İraq ordu birləşmələri ilə ortaq bir missiya başladıb.

9 əsas hədəfdən 3-ü Həşd əl-Şəbi qüvvələri tərəfindən təmizlənir.