QR CodeQR Code

Həşd əl-Şəbi İraqı terrorçulardan təmizləməyə davam edir

إسلام تايمز , 26 Apr 2021 23:58

İslamTimes: Həşd əl-Şəbi Müqavimət Hərəkatı son əməliyyatlarda Mosulun 6 məntəqəsini İŞİD-in gizli şəkildə fəaliyyət göstərən "qırıntıları"ndan tamamilə təmizləyib


Həşd əl-Şəbi qüvvələri və İraq ordusu bu gün İraqın iki vilayətində, Neynəva və Əl-Ənbarda İŞİD terrorçularının qalıqlarına qarşı əməliyyat başladıb. Bu bölgələri ən xırda təhlükələrdən belə təmizləməyə səy göstərilir.

Mawazin News xəbər verir ki, 33-cü Həşd əl-Şəbi Briqadasının bir hissəsi və İraq ordusu Mosulun cənub-qərbindəki altı kəndi nəzarət altına alıb və orada bir neçə əldə hazırlanmış bomba aşkarlanıb.

33-cü Həşd əl-Şəbi Briqadası Neynəva əməliyyatı çərçivəsində, bu gün səhər saat 5-də Mosulun cənub-qərbində təhlükəsizliyi təmin etmək üçün İraq ordu birləşmələri ilə ortaq bir missiya başladıb.

9 əsas hədəfdən 3-ü Həşd əl-Şəbi qüvvələri tərəfindən təmizlənir.


Story Code: 929428

News Link :
https://www.islamtimes.org/az/news/929428/həşd-əl-şəbi-iraqı-terrorçulardan-təmizləməyə-davam-edir

Islam Times
  https://www.islamtimes.org