QR CodeQR Code

Rusiyanın qarşısını almaq üçün çalışırıq - Psaki

27 Apr 2021 09:55

İslamTimes: ABŞ Ukrayna sərhədində gərginliyin və hərbi qüvvələrin toplanmasının qarşısını almaq üçün avropalı partnyorları ilə çalışmağa davam edəcək.


Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Hədəfimiz Ukrayna sərhədində gərginliyin artmasının qəbuledilməzliyini bildirmək üçün partnyorlarımızla çalışmaqdır. Dövlət katibi Entoni Blinken və digərləri bunu açıq şəkildə ifadə etməkdən çəkinməyəcək”, - deyə amerikalı rəsmi bildirib.

Qeyd edək ki, Rusiya aprelin 22-də Cənub və Qərb hərbi dairələrində təlimlərin başa çatdığını elan edibə və qoşunları Ukrayna sərhədindən çəkib.


Story Code: 929453

News Link :
https://www.islamtimes.org/az/news/929453/rusiyanın-qarşısını-almaq-üçün-çalışırıq-psaki

Islam Times
  https://www.islamtimes.org