0
Tuesday 27 April 2021 - 10:22

Vyanada nüvə danışıqlarının növbəti turu başlayır

Story Code : 929462
Vyanada nüvə danışıqlarının növbəti turu başlayır
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, ötən gün İranı təmsil edən nümayəndə heyəti Vyanaya yola düşüb.

Bu ölkənin nümayəndə heyətinə İranın XİN rəhbərinin müavini Abbas Əraqçi rəhbərlik edir.

Məlumata görə danışıqlarda, ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaların ləğvi, eləcə də İranın sabiq öhdəliklərinə qayıtması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Həsən Ruhani ötən günkü çıxışında nüvə danışıqlarında irəliləyişlərin olduğunu bildirmişdi.