QR CodeQR Code

Rəsmi Tehran Bağdadda İranla ABŞ rəsmiləri arasında görüşün olmasını təkzib edib

27 Apr 2021 11:31

İslamTimes: İran Xarici İşlər Nazirliyi Bağdadda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə hər hansı bir görüşün olmasını təkzib edib.


SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlama verib.

O bildirib ki, İran rəsmilərilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns arasında görüşün olması ilə bağlı ötən gün yayılan xəbərlər tamamilə yanlış və əsassızdır.

Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif ötən gün İraqda səfərdə olub və bu ölkənin siyasi rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələrinin təmsilçiləri ilə görüşüb. Cavad Zərif İraqa səfəri çərçivəsində Kürdüstan regional hökumətinə, sonra isə Oman Sultanlığına gedəcək. Bəzi məlumatlara görə bu səfərin məqsədlərindən biri də İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması məsələsidir.


Story Code: 929476

News Link :
https://www.islamtimes.org/az/news/929476/rəsmi-tehran-bağdadda-iranla-abş-rəsmiləri-arasında-görüşün-olmasını-təkzib-edib

Islam Times
  https://www.islamtimes.org