0
Tuesday 27 April 2021 - 11:31

Rəsmi Tehran Bağdadda İranla ABŞ rəsmiləri arasında görüşün olmasını təkzib edib

Story Code : 929476
Rəsmi Tehran Bağdadda İranla ABŞ rəsmiləri arasında görüşün olmasını təkzib edib
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlama verib.

O bildirib ki, İran rəsmilərilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns arasında görüşün olması ilə bağlı ötən gün yayılan xəbərlər tamamilə yanlış və əsassızdır.

Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif ötən gün İraqda səfərdə olub və bu ölkənin siyasi rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələrinin təmsilçiləri ilə görüşüb. Cavad Zərif İraqa səfəri çərçivəsində Kürdüstan regional hökumətinə, sonra isə Oman Sultanlığına gedəcək. Bəzi məlumatlara görə bu səfərin məqsədlərindən biri də İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması məsələsidir.