QR CodeQR Code

AZƏRBAYCANIN TANINMIŞ RUHANİLƏRİ TOPLANTI KEÇİRDİ

faktbexer , 19 Aug 2011 00:28

Islamtimes - Əsasən cənub bölgəsindən olan ruhanilərin iştirak ilə keçirlən toplantıda 5 dilə tərcümə olunmuş müraciət qəbul olunaraq beynəlxalq təşkilatlara göndərilib


FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan ruhanilərinin vəhdət məclisində toplanan tanınmış alimlər BMT və Avropa Şurasına müraciət ünvanlayıblar. Ruhanilərin toplantısında ölkədə dindarlara qarşı davam edən represiyalar kəskin pislənib. Toplantıda ruhanilər dünyada insan haqqlarını və qeyri hökumət təşkilatlarına, BMT və Avropa Şurasına müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Cənub bölgəsinin bir qrup Ruhani və dindarlarının Birləşmiş Millətlər Təşkilatının(BMT) baş katibi cənab Pan Gİ Muna, BMT və ona üzv olan dövlət və hökumət başçılarına, İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan dövlət başçılarına, Avropa Şurası və ona üzv olan dövlət başçılarına, həmçinin dünyada insan haqqlarını müdafiə edən bütün müstəqil və qeyri hökumət təşkilatlarına

Azərbaycan Respublikası bu gün həm BMT-nin, eyni halda BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı(YUNESKO)-nın, bundan əlavə Avropa Şurasının, İslam Konfransı Təşkilatının və sair əsas beynəlxalq insan haqları təşkilatıarının üzvüdür. Azərbaycan dövlətinin imzaladığı xüsusi qanunlardan BMT-nin “Dinə və əqidəyə görə dözümsüzlük və ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında bəyannaməsini”, BMT-nin “İşkəncələrə və digər qəddar, insanlıqdan kənar, ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə konvensiya”-sını, BMT-nin mülki və siyasi hüquqlar haqqında paktını və bu paktın insan hüquqlarını, demokratiya və səmərəli idarə etmə maddəsini, BMT-nin “Qadınlar barəsində ayrı seçkiliyin bütün formalarını ləğv edilməsi haqqında konvensiyası”-nı, Avropa şurasının nizamnaməsinə Azərbaycan Respublikasının qoşulması haqqında, Azərbaycan Respublikasının qanunlarını nəzərə alaraq;

Azərbaycan Respublikasının beynəlxalq qanunlara, konvensiyalara imza atdığı qanunlarda, Azərbaycan konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab olunur. Azərbaycan konstitusiyasında qeyd olunmuş “Əsas insan, vətəndaş hüquqları və azadlıqları”, Maddə 16 - Sosial inkişaf və dövlət , Maddə 42 - Təhsil hüququ, Maddə 46 – Şərəf və ləyaqətin müdafiəsi hüququ, Maddə 47 – Fikir və söz azadlığı, Maddə 54 – Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, Maddə 55 – Dövlətin idarə olunmasında iştirak etmə hüququ, Maddə 58 – Birləşmək hüququ, Maddə 63 – Təqsirsizlik prezumsiyası, Maddə 24 – İnsan, vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağan olması prinsipi, Maddə 60 – Hüquq və azadlıqların məhkəmə təminatı və sair konstitusiya hüquq və vətəndaş haqlarını nəzərə alaraq, nəzərinizə çatdırırıq;

Bir ilə yaxındır ki, Azərbaycanda dövlət səviyyəsində, dövlət məmurları tərəfindən, ölkə əhalisinin 98% ni müsəlmanlar təşkil etdiyi halda inanclı insanlara qarşı zorakılıq, represiya, şərlənərək həbs olunma, din xadimlərinin və inanclıların inancına görə təqib və müxtəlif bəhanələrlə həbs olunması, ibadət yerlərinin qanunsuz olaraq dağıdılması, dinc dini ayinlərə mane olmaq və bu ayinlərdə iştirak edən inanclı insanların şərlənərək həbs olunması, inanclı qadın hüquqlarının kobud şəkildə pozulması və bu günə qədər inanclı qadın və qız uşaqlarının ali və orta təhsil ocaqlarına buraxılmaması və ən başlıcası inanclı insanların azad fikir, dövlətin və cəmiyyətin ictimai və siyasi həyatında iştirakının dövlət məmurları tərəfindən kobud şəkildə pozulması və sair insan haqlarının boğulmasını nəzərə alaraq tam əsasla deyə bilərik ki, Azərbaycanda dövlət səviyyəsində inanclı insanlara cinayət baş verir.

Bütün bunları nəzərə alaraq, Biz müstəqil Din Xadimləri və inanclı insanlar olaraq BMT və adları şəkilən bütün insan hüquqlarını müdafiəsi iddiasında olan təşkilatlardan, BMT-a üzv olan bütün müsəlman və qeyri müsəlman ölkə başçılarından, İslam Konfransı Təşkilatına üzv olan müsəlman dövlət başçılarından və ən baçlıcası bütün bu olaylara birbaşa məsuliyyət və cavabdeh olan Azərbaycan Respublikasının prezidentindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən, Dövlət konustitusiya məhkəməsindən və Azərbaycanda fəaliyyət göstərən bütün insan haqqlarının müdafiəsi təşkilatlarından bütün bu özbaşınalıqlara, represiyalara, qanunsuz təqib və həbslərə, qadın və qızların təhsil və inanc hüquqlarının kobud şəkildə pozulmalarına, din xadimlərinin və inanclı insanların siyasi və azad fikirlərinə görə şərlənərək həbs olunmalarına dərhal son qoyulması yolunda əllərindən gələni etsinlər və Azərbaycan dövlətinin beynəlxalq və daxili qanunlar əsasında insan haqqlarının qorunması yolunda götürdüyü bütün öhdəliklərə əməl etməsini tələb etsinlər.

Qeyd etmək istərdik ki, inanclı insanların inanc və etiqadları ilə oynamaq olmaz və onlara qarşı qanunsuzluq və özbaşınalıqlar cəmiyyətdə çox acı nəticələrə gətirib çıxarar. Gəlin imzaladığımız qanunlara ehtiram qoyaq, sabit, sülh və əmniyyətlə bütün cəmiyyətlərdə insan yaşayışını, istər inanclı istərsədə qeyriləri üçün təmin edək. Bunu bizdən Allah-Təala və vicdanımız tələb edir.

Müraciət beş dildə tərcümə olunaraq(ərəb, ingilis, rus, fransız və çin dillərində )

BMT və ona üzv olan dövlət və hökumət başçılarına, İslam Əməkdaşlıq Təşkilatına və ona üzv olan dövlət başçılarına, Avropa Şurasına və ona üzv olan dövlət başçılarına, həmçinin dünyada insan haqqlarını müdafiə edən bütün müstəqil və qeyri hökumət təşkilatlarına yollanılsın.
Emin Nəsirli


Story Code: 92956

News Link :
https://www.islamtimes.org/az/news/92956/azərbaycanin-taninmiş-ruhaniləri-toplanti-keçirdi

Islam Times
  https://www.islamtimes.org